и посмотреть медиа
Aviasales.az - cheap tickets
и посмотреть медиа
Channel about tickets, tourism news for Azerbaijan.
Channel about tickets, tourism news for Azerbaijan.
Aviasales.az - search for cheap tickets, tourism news and useful information in Azerbaijani.
🇺🇿 Özbəkistana getməmək üçün “reys azdır” bəhanəsi də əldən gedir. Azərbaycan və Özbəkistan iki ölkə arasında həftəlik uçuşların sayını 18-dən 40-a çatdırmağı planlaşdırır. Yəni reyslərin sayını iki dəfədən çox artırmaq istəyirlər ki, siz də nəhayət “bir ara gedərik” dediyiniz Özbəkistana gedib gəzəsiniz. 😌 Daşkənd, Səmərqənd, Buxara bir tərəfdə gözləyir, biz də burada tarix seçməmək üçün yeni səbəb axtarırıq. Qısası: ✈️ reyslər artır 🇺🇿 seçim çoxalır 🧳 “vaxt uyğun deyil” bəhanəsi isə getdikcə zəifləyir İndi növbə sizdədir. 👀
Открыть канал и посмотреть медиаbu havanın aşiqi olanlar bu postu bəyənsin 👀🤎
Открыть канал и посмотреть медиаSentyabrda hara getmək olar? 🍂 Hamının “ideal payız səyahəti” eyni deyil. Ona görə şəhəri vibe-a görə seçək: 🌊 Yayı buraxmaq istəməyənlərə — Antalya Dəniz hələ var, hava hələ yay kimidir, amma avqustun qaynar xaosu bir az səngiyib. 🍝 Yemək üçün gedənlərə — Roma Səhər espresso, günorta pasta, axşam gelato. Arada şəhəri də görərsiniz. 😌 🍂 Payız aesthetics üçün — Praqa Dar küçələr, köhnə binalar, çay kənarı və sentyabr işığı. Telefonun yaddaşı əvvəl təslim ola bilər. 💸 Büdcəni düşünənlərə — Tbilisi Qısa səyahət, yaxşı yemək, rahat vibe və “bir həftəsonu gedib gələk” planına uyğun şəhər. 🏛️ Bütün günü gəzmək istəyənlərə — İstanbul Səhər bir tərəfdə başlayıb axşam başqa qitədə bitirmək mümkündür. Ayaqlarınız bununla bağlı ayrıca rəy bildirə bilər. Sentyabrın üstünlüyü də budur: yay bitir, səyahət həvəsi yox. Biz olsaydıq, bu ay Praqa + Roma arasında qalıb yenə də ikisinə də bilet axtarardıq. 👀✈️
Открыть канал и посмотреть медиа‼️ AJet-dən yeni endirimlər! ‼️ AJet İstanbul və Ankara bağlantılı beynəlxalq uçuşlara endirim elan edib. ✈️ Satış tarixləri: 27–30 avqust Uçuş tarixləri: 1 sentyabr–24 oktyabr 🇬🇧 Bakı – London – Bakı 🔹15–22 sentyabr Biletə keç — ₼601 🔹19–26 sentyabr Biletə keç — ₼625 🇮🇹 Bakı – Milan – Bakı 🔹22–29 sentyabr Biletə keç — ₼567 🇮🇹 Bakı – Roma – Bakı 🔹15–22 sentyabr Biletə keç — ₼553 Bütün biletlər gediş-dönüşdür və hər iki istiqamətdə uçuşlar AJet tərəfindən həyata keçirilir. Qiymətlər paylaşım zamanı aktualdır və dəyişə bilər.
Открыть канал и посмотреть медиаTurist tələsi, yoxsa dəyər? 👀 📍 Trevi Fountain, Roma Romaya gedib Trevi Fountain görmədən qayıtmaq bir az Romaya gedib pizza yeməməyə bənzəyir. Amma fotolardakı romantik Trevi ilə reallıqdakı Trevi arasında kiçik bir fərq var: təxminən 847 nəfər. 😭 ⛲ Giriş: pulsuz ⏰ Nə qədər vaxt ayıraq? 20–30 dəqiqə kifayətdir. Səhər erkən getsəniz, izdiham da nisbətən az olur. 🪙 Sikkə atmaq: ənənəyə görə fəvvarəyə arxanızı çevirib sağ əlinizlə sol çiyninizin üzərindən 1 sikkə atsanız, Romaya yenidən qayıdacaqsınız. Bəs dəyər? Bizcə, hə. Turistik olması onun gözəl olmadığı demək deyil. Sadəcə Trevi-ni ayrıca yarım günlük plana çevirməyə ehtiyac yoxdur. 🌿 Daha sakit alternativ istəyirsinizsə: 📍 Fontana dell’Acqua Paola Şəhərə yuxarıdan baxan, daha az turistli və Trevi-dən xeyli sakit bir fəvvarədir. Nəticə: Turist tələsi ❌ Turist dolu, amma görməyə dəyər ✅
Открыть канал и посмотреть медиаİslandiyada yolu azıb tanımadığın fermerlə balina skeleti yığmaq… normal səyahət günü. 🇮🇸 Bir turist İslandiyada başına gələn ən qəribə səyahət xatirələrindən birini bölüşüb. Dostları ilə qara qumlu çimərliyə getmək istəyirlər. Yol getdikcə daha bərbad, su isə daha dərin olur. Geri qayıtmağa qərar verirlər. Elə bu vaxt qarşılarına islandiyalı fermer çıxır. Fermer ingiliscə bilmir. Onlar islandca bilmir. Nədənsə hamı razılaşır ki, birlikdə çimərliyə gedirlər. 😭 Amma hekayə burada daha da qəribələşir. Sahildə ağ rəngli iri parçalar görürlər. Yaxınlaşanda məlum olur ki, bunlar balina skeletinin hissələridir. 🐋 Və beləcə bir-birinin dilini anlamayan turistlərlə fermer növbəti bir saatı balinanın fəqərələrini tapıb üst-üstə düzərək keçirirlər. Sonra hamısı dayanıb düzəltdikləri “əsərə” baxır, fermer də onları geri aparır. Bir saat. Ortaq dil: 0. Plan: 0. Unudulmaz xatirə: 10/10. Bəzən səyahətdən yadında qalan məşhur görməli yerlər yox, planında ümumiyyətlə olmayan bir islandiyalı fermer olur. 🇮🇸
Открыть канал и посмотреть медиаBir kişi təyyarəyə minir və yanında oturan sərnişinin ona inanılmaz dərəcədə oxşadığını görür. Eyni qırmızı saqqal, eyni saç, hətta eyni gülüş. Birlikdə çəkdirdikləri selfi viral olur. Amma hadisənin ən maraqlı hissəsi hələ qabaqda idi: təyyarədən düşəndən sonra məlum olur ki, onlar eyni oteldə qalırlar. 😳
Открыть канал и посмотреть медиаPALERMO Daha şəhər, daha çox küçə yeməyi, daha çox “görəsən bunu da dadım?” anı. Palermoda orta gündəlik səyahət xərci təxminən €114-dür. (Budget Your Trip) Məsələn, ucuz restoranda yemək təxminən €14, cappuccino isə təxminən €1.90 civarındadır. (Hikers Bay - Best time to travel) Yəni Taorminada pulunuz dənizə baxa-baxa gedirsə, Palermoda ən azından bir az daha sakit gedir. CATANIA Etna görmək, şəhərdə gəzmək və Sisiliyanın şərq tərəfini kəşf etmək istəyənlər üçün yaxşı variantdır. Burada da büdcəni çox rahat dəyişmək olur: street food + public transport rejimindən başlayıb “bu restoran niyə bu qədər gözəldir, girək də” rejiminə keçmək mümkündür 🦆
Открыть канал и посмотреть медиаDeməli, SİSİLİYA 🇮🇹 Sentyabrda da getmək olar. Hava hələ isti, dəniz hələ üzməli, üstəlik avqustun pik turist mövsümündən sonra qiymətlər bir qədər daha münasib ola bilər. Amma əvvəlcə qərar verək: Sisiliyaya gedəndə hara gedirik? TAORMİNA Sisiliyanın “mən sadəcə bir gün gəzməyə gəlmişdim” deyib üç gün qaldığınız şəhəri. Dəniz mənzərəsi, dar küçələr, restoranlar və məşhur qədim Yunan Teatrı. Üstəlik, Taormina Sisiliyanın daha bahalı tərəflərindən biridir. Orta hesabla bir nəfərin gündəlik xərci təxminən €132 civarındadır. (Budget Your Trip) Yəni burada “bir cappuccino içib gedərəm” planı bir az risklidir.
Открыть канал и посмотреть медиаOnly registered users can share their opinion.
Be the first to share your impression of this resource!