Logo
TGCATALOG
Catalog Collections Blog
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана

Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана

Официальный канал Министерства экономики Азербайджана на азербайджанском.

No ratings
9
10.09.2026
9
10.09.2026
No ratings
9
10.09.2026
Safe redirect via bot
О канале

Официальный канал Министерства экономики Азербайджана на азербайджанском.

Подписчиков 4,087
Тематика News
Язык English
Ссылка t.me/economy_az
Description

Azərbaycan iqtisadiyyatı - официальный канал по экономике Азербайджана. 💼 Публикуются новости о ВВП, инвестициях, торговле и государственных программах развития.

Канал ведёт Министерство экономики, предоставляя статистику, отчёты и прогнозы. 📊 Обновления на азербайджанском, с версиями на русском и английском для широкой аудитории.

Полезно для бизнеса, аналитиков и граждан. 🌐 Следите за реформами, нефтяным сектором и диверсификацией экономики в реальном времени.

Latest posts

Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
📈 Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb ◼️Bu ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8,9 faiz artaraq 22,785 milyon ədəd təşkil edib. ◼️Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ödəniş kartlarında debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb. ◼️2026-cı ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,712 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,455 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
📊 Asfaltın istehsal həcmində artım var ◼️Bu ilin yanvar-iyul aylarında ölkədə 76,6 min ton asfalt istehsal edilib. ◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,1 dəfə artıb.
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
🇦🇿🇮🇶 İraq ilə ticarət dövriyyəsi artıb ◼️Bu ilin yanvar-iyul aylarında Azərbaycanın İraq ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 17,1 faiz artaraq 16,2 milyon dolları üstələyib. ◼️Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İraq ilə ticarətin payı 0,05 faiz təşkil edib. 📌 Dövlət Gömrük Komitəsi
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib ◼️Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 17020:2026 “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən orqanlara dair tələblər”, eləcə də AZS ISO/IEC 17043:2026 “Uyğunluğun qiymətləndirilməsi. Səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” yeni dövlət standartları qəbul edilib. ◼️Bu dövlət standartlarının tətbiqi inspeksiya xidmətlərinin və səriştəlilik sınaqlarının təşkili proseslərinin beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığı və obyektivliyinin artırılmasına töhfə verəcək. ◼️Sözügedən dövlət standartı layihələri AZSTAND-ın nəzdində təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
🔤🔤🔤🔤🔤 İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib İqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılıb, qaldırılan məsələlər üzrə müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 170 layihə başa çatdırılıb Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 170 layihə icra olunub. Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu layihələrdən 33-ü yeni yaradılma, 137-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 37-si yaradılma və 46-sı genişləndirmə olmaqla, ümumilikdə 83 layihənin icrası davam etdirilib. Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunan 170 layihədən 151-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
Faydalı qazıntı yatağı hərraca çıxarılacaq ◼️Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə sentyabrın 16-da hərrac keçiriləcək. ◼️Hərracda İsmayıllı rayonunda yerləşən “Girdimançay-I” (13.0 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq. ◼️İddiaçılar hərracda iştirakla bağlı sənədləri 9 sentyabr 2026-cı il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər. ◼️Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
Ağdam Sənaye Parkında istehsal olunan məhsullar dünya bazarına çıxarılır
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
🔒Открыть пост
и посмотреть медиа
Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək Dövlət müəssisələrinin maliyyə sağlamlığının sektorlar və risk dərəcələri üzrə beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi üçün Fiskal Risk Reytinqi, maliyyə əmsallarının hədd bazası, eləcə də həmin hədlərin riyazi-metodoloji əsaslandırılmasını ehtiva edən Təlimatlar (Pasportlar) hazırlanıb. Maliyyə Nazirliyinin məlumatına görə, həmçinin 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə dair büdcə daxilolmaları (dividendlər) və büdcə xərclərinin (investisiya, subsidiya, borc öhdəlikləri və s.) uçot bazası yaradılıb və illər üzrə fiskal balans hesablanıb. Prezident İlham Əliyevin 2025-ci il 30 dekabr tarixli 570 nömrəli Fərmanının icrası məqsədilə cari ilin birinci yarısı ərzində 10 dövlət müəssisəsinin 2023–2025-ci illər üzrə maliyyə göstəriciləri monitorinq edilib, əldə edilmiş nəticələrə dair müvafiq hesabat Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli 675 nömrəli Fərmanı ilə dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyi genişləndirilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təkmilləşdirilməsinə dair təkliflər hazırlanıb. AZƏRTAC
Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана
Subscriber dynamics
+0.0% last 30 days
Current
4,087
Month ago
4,085
Average growth
+0 / day
Updated
7 hours ago

Reviews for channel Azərbaycan iqtisadiyyatı - Экономика Азербайджана

Log in to leave a review

Only registered users can share their opinion.

No reviews yet

Be the first to share your impression of this resource!

Similar resources

The channel is about powerful symbols of humanity: from temples and empires to quiet legends. Eternal history without fashion trends.

Channel

Channel with memes and serious content about Joe Biden. All for campaign and discussion.

Channel

CanalHorusIt offers a selection of videos on different topics. Interesting content to watch on Telegram.

Channel
Switch to Light Theme
Home Catalog Collections Blog Login