и посмотреть медиа
Conflict — Новости конфликтов
и посмотреть медиа
Актуальные новости о глобальных конфликтах, войнах и политических событиях.
Актуальные новости о глобальных конфликтах, войнах и политических событиях.
🌍 Conflict — канал с новостями из очагов конфликтов и политической арены. Освещает военные операции, дипломатию и геополитические сдвиги по всему миру.
🪖 От ближневосточных кризисов до региональных споров — оперативные репортажи и анализ. Публикации фокусируются на фактах, стратегиях и последствиях.
📡 Регулярные обновления помогают отслеживать динамику событий. Полезно для тех, кто интересуется международной безопасностью и глобальными вызовами.
🇦🇲 Ermənistanın Baş naziri Nikol Paşinyan: 🔴Artıq başqa bir vətən arzusunda olmamalıyıq. Çünki Ermənistan Respublikası xəyallarımızın vətənidir və biz ona sahib olduğumuz üçün şanslıyıq.🔴 🔴Etməli olduğumuz şey bu dövləti inkişaf etdirmək və onu nəsildən-nəslə əbədi olaraq ötürməkdir.🔴 🌐 t.me/conflictmedia
Открыть канал и посмотреть медиа🇹🇷🇮🇱 Türkiyə açıq şəkildə İsraillə gərginliyin birbaşa toqquşmaya çevrilməsi halında NATO-nun ölkəni müdafiə edib-etməyəcəyini sorğulayıb. 🔴Mövzu ilə bağlı məlumatlara görə, Türkiyə tərəfi İsraillə mümkün münaqişədə birbaşa ABŞ və ya NATO dəstəyinə arxalanmadığını bildirib. Analitiklər qeyd edir ki, NATO-nun 5-ci maddəsi yalnız üzv ölkənin öz ərazisinə hücum halında tətbiq olunur — Suriyada yerləşən Türk qüvvələrinə hücum bu maddəyə əsasən avtomatik müdafiə tələb etməyə bilər. Bundan əlavə, hətta 5-ci maddə işə düşsə belə, müqavilə mətni üzv dövlətlərə “zəruri saydıqları tədbiri” görmək sərbəstliyi verir. Yəni bu, hərbi müdaxilədən sırf diplomatik açıqlamaya qədər dəyişə bilər. 🌐 t.me/conflictmedia
Открыть канал и посмотреть медиа🇺🇸🇮🇷 ABŞ Xəzinədarlığı İranla ticarət edən ölkə və qurumlara qarşı sanksiyaların dairəsini genişləndirəcək. 🔴ABŞ Xəzinədarlıq Departamenti İranla kommersiya əlaqələri saxlayan ölkə və qurumlara qarşı yeni sanksiya dalğası hazırlayır. Xəzinədarlıq katibi Skott Bessent bu addımı “iqtisadi D-Day” adlandıraraq bildirib ki, İranı təcrid etmək məqsədilə indiyədək "görünməmiş” tədbirlər tətbiq olunacaq. İran rejiminin "maliyyə damarı” rolunu oynayan istənilən dövlət də təcridin bir hissəsinə çevriləcək. 🔴İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzai isə ABŞ-ın iqtisadi təzyiq kampaniyasına qoşulan qonşu neft ölkələrinin maraqlarını hədəf alacaqlarını bildirib. 🌐 t.me/conflictmedia / Reuters, CNN, CNBC
Открыть канал и посмотреть медиа🇷🇺🇺🇦 Rusiyanın Xarkova zərbələri nəticəsində 10 nəfər həlak olub, 17 nəfər yaralanıb. 🌐 t.me/conflictmedia
Открыть канал и посмотреть медиа🇦🇿🇷🇺 Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. 🔴Görüş zamanı, son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb. 🔴Xüsusilə, 13 avqust 2026-cı il tarixində "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib. 🔴Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözlənti bir daha qarşı tərəfin diqqətinə çatdırılıb. 🌐 t.me/conflictmedia
Открыть канал и посмотреть медиа🇷🇺⚔️🇺🇦 Novopavlivka cəbhəsi. 🔻 Ukrayna ordusu Filiya istiqamətində irəliləyib (1.72km²). 🔻 Ukrayna ordusu Daçne istiqamətində irəliləyib (6.86km²). #XƏRİTƏ USQ 🔵 RSQ 🟡🔴 @Armymilitar
Открыть канал и посмотреть медиа🇹🇷🇸🇦🇵🇰 "Məkkə" sazişindən sonra üç dövlətdən birinə qarşı edilən hər hansı bir silahlı hücum onların hamısına qarşı edilən hücum kimi qəbul ediləcək. 🌐 t.me/conflictmedia
Открыть канал и посмотреть медиа🇹🇷🇸🇦🇵🇰 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli hərbi ittifaqın yaradılması haqqında "Məkkə" sazişini imzalayıb. 🌐 t.me/conflictmedia
Открыть канал и посмотреть медиа🇮🇳🇮🇱 Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Ciddədə üçtərəfli birgə müdafiə sazişi imzalaması Yaxın Şərq və Cənubi Asiyadakı geostrateji təhlükəsizlik balansını dərindən dəyişdirib. 🔴Bu yeni hərbi oxun (Pakistan-Səudiyyə-Türkiyə) formalaşması regionda, xüsusilə Hindistanda ciddi narahatlığa səbəb olub. Yaranan strateji disbalansı neytrallaşdırmaq məqsədilə Hindistan hökumətinin İsraillə müdafiə sahəsində əməkdaşlığı daha yüksək mərhələyə qaldırmaq, hətta ikitərəfli müdafiə paktı imzalamaq üçün rəsmi Təl-Əvivə müraciət etdiyi bildirilir. Yeni yaradılan Pakistan-Səudiyyə-Türkiyə hərbi bloku həm nüvə, həm də NATO standartlı hərbi texnologiyaların inteqrasiyasını nəzərdə tutduğu üçün Dehli qarşılıqlı tarazlıq yaratmaq üçün İsrailin qabaqcıl hərbi texnologiyalarına və müdafiə sistemlərinə ehtiyac duyur. 🔴Ekspertlərin fikrincə, Hindistan və İsrail arasında hərbi-texniki əməkdaşlıq onsuz da yüksək səviyyədə olsa da, belə bir paktın rəsmiləşdirilməsi Yaxın Şərq və Asiya regionunda bloklaşmanı daha da dərinləşdirə bilər. Dehli bu addımla sərhədlərində və ərəb körfəzində artan Pakistan-Türkiyə təsirinə qarşı strateji çəpər çəkməyi hədəfləyir. 🌐 t.me/conflictmedia
Открыть канал и посмотреть медиаOnly registered users can share their opinion.
Be the first to share your impression of this resource!
AliAlexander–Former protest organizer, shares strategies and experiences on Telegram.
A Space for Free Thinkers: Patriotism Beyond主流Independent ideas and discussions.
Ironic channel with memes, satire and sharp jokes on different topics of life.