и посмотреть медиа
Aviasales.az - дешевые билеты
и посмотреть медиа
Канал о билетах, новостях туризма для Азербайджана.
Канал о билетах, новостях туризма для Азербайджана.
Aviasales.az — поиск дешевых билетов, новости туризма и полезная информация на азербайджанском.
🇷🇸 Belqrada gedəndə nəqliyyata 0 ₼ xərcləyə bilərsiniz. Bəli, düz oxudunuz. 😌 Belqradda avtobus, tramvay, trolleybus və şəhərətrafı BG Voz qatarları bütün sərnişinlər üçün pulsuzdur. Turist olmağınız da fərq etmir. Yəni: 🚌 avtobusa minirsiniz 🎫 bilet almırsınız 💳 kart axtarmırsınız 🚋 şəhəri gəzirsiniz Üstəlik Azərbaycan vətəndaşları üçün Serbiya vizasızdır. 🇦🇿 Belqradda plan da hazırdır: 📍 Kalemegdan qalası 🌊 Sava və Dunay çaylarının qovuşduğu mənzərə ☕ Skadarlija küçəsi 🏛️ Müqəddəs Sava məbədi 🌙 axşam isə şəhərin gecə həyatı Yəni büdcədə nəqliyyat sətrini rahatlıqla belə yaza bilərsiniz: - İctimai nəqliyyat — 0 ₼ - ✈️ Bakı – Belqrad – Bakı 🔹 13–18 oktyabr 🔹 gediş-dönüş 528 ₼ 🔗 Ссылка скрыта Qiymətlər dinamikdir, ona görə bəyəndiyiniz variantı çox gözlətməyin. 👀
Открыть канал и посмотреть медиаBu günün travel müşahidəsi: Səyahətə çıxmazdan əvvəl “çox xərc çəkməyəcəm” deyən insanla, səyahətin 2-ci günü suvenir mağazasında 17 manatlıq mənasız brelok alan insan eyni adamdır. Mənbə: həyat.
Открыть канал и посмотреть медиаBu arada, necəsiniz? Yəni traveli filan qoyaq qırağa, həqiqətən necəsiniz? (Adminin deep talk moodu açılıb)
Открыть канал и посмотреть медиа‼️ AJet-dən yeni endirimlər! ‼️ AJet İstanbul və Ankara bağlantılı beynəlxalq uçuşlara endirim elan edib. ✈️ Satış tarixləri: 27–30 avqust Uçuş tarixləri: 1 sentyabr–24 oktyabr 🇬🇧 Bakı – London – Bakı 🔹15–22 sentyabr Biletə keç — ₼601 🔹19–26 sentyabr Biletə keç — ₼625 🇮🇹 Bakı – Milan – Bakı 🔹22–29 sentyabr Biletə keç — ₼567 🇮🇹 Bakı – Roma – Bakı 🔹15–22 sentyabr Biletə keç — ₼553 Bütün biletlər gediş-dönüşdür və hər iki istiqamətdə uçuşlar AJet tərəfindən həyata keçirilir. Qiymətlər paylaşım zamanı aktualdır və dəyişə bilər.
Открыть канал и посмотреть медиаTurist tələsi, yoxsa dəyər? 👀 📍 Trevi Fountain, Roma Romaya gedib Trevi Fountain görmədən qayıtmaq bir az Romaya gedib pizza yeməməyə bənzəyir. Amma fotolardakı romantik Trevi ilə reallıqdakı Trevi arasında kiçik bir fərq var: təxminən 847 nəfər. 😭 ⛲ Giriş: pulsuz ⏰ Nə qədər vaxt ayıraq? 20–30 dəqiqə kifayətdir. Səhər erkən getsəniz, izdiham da nisbətən az olur. 🪙 Sikkə atmaq: ənənəyə görə fəvvarəyə arxanızı çevirib sağ əlinizlə sol çiyninizin üzərindən 1 sikkə atsanız, Romaya yenidən qayıdacaqsınız. Bəs dəyər? Bizcə, hə. Turistik olması onun gözəl olmadığı demək deyil. Sadəcə Trevi-ni ayrıca yarım günlük plana çevirməyə ehtiyac yoxdur. 🌿 Daha sakit alternativ istəyirsinizsə: 📍 Fontana dell’Acqua Paola Şəhərə yuxarıdan baxan, daha az turistli və Trevi-dən xeyli sakit bir fəvvarədir. Nəticə: Turist tələsi ❌ Turist dolu, amma görməyə dəyər ✅
Открыть канал и посмотреть медиаİslandiyada yolu azıb tanımadığın fermerlə balina skeleti yığmaq… normal səyahət günü. 🇮🇸 Bir turist İslandiyada başına gələn ən qəribə səyahət xatirələrindən birini bölüşüb. Dostları ilə qara qumlu çimərliyə getmək istəyirlər. Yol getdikcə daha bərbad, su isə daha dərin olur. Geri qayıtmağa qərar verirlər. Elə bu vaxt qarşılarına islandiyalı fermer çıxır. Fermer ingiliscə bilmir. Onlar islandca bilmir. Nədənsə hamı razılaşır ki, birlikdə çimərliyə gedirlər. 😭 Amma hekayə burada daha da qəribələşir. Sahildə ağ rəngli iri parçalar görürlər. Yaxınlaşanda məlum olur ki, bunlar balina skeletinin hissələridir. 🐋 Və beləcə bir-birinin dilini anlamayan turistlərlə fermer növbəti bir saatı balinanın fəqərələrini tapıb üst-üstə düzərək keçirirlər. Sonra hamısı dayanıb düzəltdikləri “əsərə” baxır, fermer də onları geri aparır. Bir saat. Ortaq dil: 0. Plan: 0. Unudulmaz xatirə: 10/10. Bəzən səyahətdən yadında qalan məşhur görməli yerlər yox, planında ümumiyyətlə olmayan bir islandiyalı fermer olur. 🇮🇸
Открыть канал и посмотреть медиаQonaqlar gəlib, evdə isə qaz yoxdur? 😳 🇪🇸İspaniyanın Lansarote adasında "El Diablo" adlı restoran üçün bu problem deyil. Mətbəxdə qaz və ya elektrik yoxdur 👀 Adamlar yeməyi birbaşa aktiv vulkanın kraterindən çıxan 400 dərəcəlik istinin üstündə bişirirlər. Sifariş verirsən və əti düz vulkanın üstündə qızardıb gətirirlər 🌋 Təsəvvür edin, İspaniyaya qədər uçub o steyki yeyirsiniz, amma biletə o qədər pul vermisiniz ki, loxma boğazınızdan keçmir 🥲 Yaxşı ki, belə vəziyyətlər üçün aviasales.az var. Girib ən ucuz bileti ordan alırsınız, cibinizdə qalan pulla da gedib o vulkanın üstündə rahat-rahat şam edirsiniz 💙
Открыть канал и посмотреть медиаAdminin travel red və green flag-ları 😭🦆 🚩 Uçuşa 45 dəqiqə qalmış aeroportda olur (ən azından çatır) 🚩 Pasportunu harada qoyduğunu bilmir (B12) 🚩 “Mən çox yüngül baqaj götürəcəm” deyib 23 kilo gətirir ("just a girl") 🚩 Hər şeyi son günə saxlayır (eh) 💚 Google Maps offline yükləyir ("trust issues") 💚 Otelin ünvanını skrinşot edir (yenə güvənmir) 💚 Səhər yeməyini əvvəlcədən araşdırır (buğa bürcü) 💚 “Nə istəyirsən, onu edək” deyir ("chill") Bəs sizin ən böyük travel red flag-iniz nədir? 👀🍒
Открыть канал и посмотреть медиаAmma bir şey dəyişmir: ✈️ Roma bileti tapmaq üçün büdcədən əvvəl aviasales.az-a baxılır. 👀 Bəs siz Romada hansı büdcə ilə “yaşayardınız”? 50€, 150€, yoxsa 500€?
Открыть канал и посмотреть медиаSolo los usuarios registrados pueden compartir su opinión.
¡Sé el primero en compartir tu experiencia con este recurso!
Calificaciones, reseñas, reseñas, noticias y promociones de aerolíneas.