Logo
TGCATALOG
Catálogo Selecciones Blog
Aviasales.az - billetes baratos

Aviasales.az - billetes baratos

Canal sobre entradas, noticias turísticas para Azerbaiyán.

Sin valoraciones
346
25.10.2026
346
25.10.2026
Sin valoraciones
346
25.10.2026
Redirección segura vía bot
О канале

Canal sobre entradas, noticias turísticas para Azerbaiyán.

Подписчиков 7,029
Тематика Viajes
Язык Español
Ссылка t.me/aviasales_az
Descripción

Aviasales.az - buscar entradas baratas, noticias de turismo e información útil en Azerbaiyán.

Últimas publicaciones

Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
🍂 Bu gün rəsmi olaraq payız başladı. Amma hamı üçün yox. 23 sentyabr saat 04:05-də Bakıda astronomik payız başladı. Amma eyni anda Cənub yarımkürəsində yaz başladı. 🌸 Yəni biz sviterləri çıxaranda: 🇦🇺 Avstraliya 🇳🇿 Yeni Zelandiya 🇿🇦 Cənubi Afrika 🇦🇷 Argentina 🇨🇱 Çili yavaş-yavaş yaza doğru gedir. Qısası, sevmədiyiniz fəsildən qaçmağın texniki olaraq bir yolu var: yarımkürəni dəyişmək. ✈️
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
🇮🇹 Romada suya pul verməyə həmişə ehtiyac yoxdur. Şəhərin küçələrində “nasoni” deyilən kiçik içməli su fəvvarələri var. Onların sayı təxminən 2500-dür və su pulsuzdur. Hətta tarixi mərkəzdə belə yüzlərlə var. Bir detal da var: kranın əsas çıxışını barmağınızla bağlasanız, su yuxarıdakı kiçik dəlikdən fontan kimi çıxır və rahat içmək olur. Yəni Romada gəzəndə: 💧 boş su qabını özünüzlə saxlayın 📍 yaxınlıqdakı “nasone”ni tapın 🚰 doldurun və davam edin Şəhərdə onları tapmaq üçün Acquea tətbiqi də var. Qısası, Romada hər dəfə su almağa ehtiyac yoxdur. Pulunuzu gelatoya saxlayın 😌
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
✈️ Transfer sevməyənlər, bu post sizindir. Bakıdan low-cost və hybrid aviaşirkətlərlə birbaşa uça biləcəyiniz istiqamətlərdən bəziləri: 🇭🇺 Budapeşt 🇮🇹 Roma 🇹🇷 İstanbul 🇹🇷 Antalya 🇦🇪 Dubay 🇦🇪 Şarja 🇰🇿 Aktau 🇺🇿 Daşkənd Bir də siyahıya yeni şəhər gəlir: 🇸🇰 Bratislava Wizz Air Bakı–Bratislava birbaşa reyslərinə oktyabrda başlayır. 👀 Yəni “transferlə məşğul olmaq istəmirəm” deyənlər üçün seçim düşündüyünüzdən çoxdur. Qalanı isə çox sadədir: şəhəri seçin → tarixləri yoxlayın → Aviasales.az ✈️
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
🇩🇪 Bu şənbə Münhendə Oktoberfest başlayır. Adında “October” var, amma festivalın böyük hissəsi sentyabrda keçirilir 😭 Bu il Oktoberfest: 📅 19 sentyabr – 4 oktyabr 📍 Münhen, Theresienwiese Festival yalnız pivədən ibarət deyil. Burada attraksionlar, paradlar, canlı musiqi, Bavariya yeməkləri və ənənəvi geyimlərlə dolu böyük bir şəhərcik qurulur. İlk gün isə ənənə dəyişmir: saat 12:00-da Münhen meri ilk çəlləyi açır və festival rəsmi başlayır. Oktoberfest tarixlərinə ayrıca baxmaq üçün: ✈️ Bakı – Münxen — Bakı 🔹 19–26 sentyabr Ссылка скрыта 🔹 24–30 sentyabr Ссылка скрыта 🔹 28 sentyabr – 4 oktyabr Ссылка скрыта 
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
✈️ Uzun aktarman varsa, aeroportda 8 saat oturmaq məcburi deyil. Turkish Airlines-la İstanbul üzərindən başqa ölkəyə uçursansa və aktarman 6–24 saatdırsa, Touristanbul adlı pulsuz şəhər turuna qoşula bilərsən. Yəni: 🛬 İstanbula enirsən 🚌 hava limanından tur başlayır 🏛️ şəhəri gəzirsən 🍽️ bəzi turlarda yemək də daxildir ✈️ sonra yenidən hava limanına qayıdırsan Şərtlərdən əsasları: • hər iki uçuş Turkish Airlines bileti altında olmalıdır • beynəlxalq reysdən beynəlxalq reysə keçid olmalıdır • aktarma 6–24 saat arası olmalıdır • tur saatı növbəti uçuşuna uyğun gəlməlidir Qısası, bəzən aktarma “gözləmə” yox, əlavə bir şəhər deməkdir. 😌
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
🇬🇪 Sentyabrda Gürcüstana gedirsinizsə, bunu qaçırmayın: Rtveli başlayıb. Rtveli Gürcüstanda üzüm yığımı mövsümüdür və xüsusən Kaxeti bölgəsində sentyabrda başlayır. Bu sadəcə üzüm yığmaq deyil. Bir çox şərab evində turistlər də prosesə qoşula bilir: 🍇 üzüm yığmaq 🦶 ənənəvi üsulla üzüm əzmək 🍷 şərab hazırlanmasını görmək 🍽️ supra, yəni gürcü süfrəsinə qoşulmaq 🍬 hətta churchkhela hazırlamaq Rtveli Kaxetidə əsasən sentyabr–oktyabrın əvvəli aralığına düşür. Yəni Tbilisiyə gedirsinizsə, bir günü şəhərdən çıxıb Kaxetiyə ayırmaq üçün ən yaxşı vaxtlardan biridir. 😌 ✈️ Bakıdan Tbilisiyə birbaşa uçuş təxminən 1 saat 10 dəqiqədir. Qısası: bu dəfə Gürcüstana yalnız xaçapuri üçün getməyə bilərsiniz 👀
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
🇦🇪 Dubaya uçub, bir səfərdə iki əmirlik görə bilərsiniz. Dubaya gedəndə bütün səfəri yalnız Dubayda keçirmək məcburi deyil. Bir günü Abu Dabiyə ayırıb: 🏛️ Sheikh Zayed Grand Mosque 🎨 Louvre Abu Dhabi 🌊 Corniche 🏙️ şəhər mərkəzi görüb yenidən Dubaya qayıtmaq mümkündür. Yəni plan: 1–2-ci gün → Dubay Burj Khalifa, Marina, Old Dubai, çimərlik 3-cü gün → Abu Dabi 4-cü gün → yenə Dubay Bir uçuşla səfərin içində iki fərqli şəhər vibe-ı 🙂↔️💙
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
🇦🇹 Bir bilet alıb iki ölkə görə bilərsiniz. 🇸🇰 Vyanaya gedirsinizsə, Bratislavanı ayrıca səfərə saxlamağa ehtiyac yoxdur. Çünki Vyana ilə Bratislava arasında cəmi 62 km var və qatarla təxminən 1 saata çatmaq mümkündür. Yəni plan belə ola bilər: 🇦🇹 Vyana ☕ klassik Vyana kafeləri 🏛️ Schönbrunn 🚶 şəhər mərkəzi ↓ 🚆 təxminən 1 saat 🇸🇰 Bratislava 🏰 Old Town 🌊 Dunay sahili 🏯 Bratislava qalası Səhər Vyanadan gedib, günü Bratislavada keçirib, axşam yenidən Vyanaya qayıda bilərsiniz. Bir səfər, iki paytaxt. Bizcə yaxşı deal-dır. 😌 ✈️ Bakı – Vyana – Bakı 🔹 3–8 noyabr — 427 ₼-dan Ссылка скрыта 🔹 29 oktyabr – 6 noyabr — 465 ₼-dan Ссылка скрыта 🔹 22–29 sentyabr — 727 ₼-dan Ссылка скрыта Qiymətlər dinamikdir və linkə keçəndə dəyişə bilər. 👀
Aviasales.az - billetes baratos
Aviasales.az - billetes baratos
🔒Открыть пост
и посмотреть медиа
🇹🇷 İstanbula bilet alanda IST və SAW-a fikir verin. Çünki hər ikisi “İstanbul” yazsa da, şəhərin fərqli tərəflərindədir. 👀 ✈️ SAW — Sabiha Gökçən İstanbulun Asiya tərəfindədir. Kadıköy, Moda, Üsküdar tərəfdə qalacaqsınızsa, SAW daha rahat seçim ola bilər. Üstəlik hava limanından M4 metrosu birbaşa Kadıköyə gedir. Metro ilə yol təxminən 52 dəqiqədir. ✈️ IST — İstanbul Hava Limanı Avropa tərəfindədir. Taksim, Beşiktaş, Şişli və şəhərin Avropa tərəfində qalacaqsınızsa, çox vaxt IST daha rahat olur. Hava limanından M11 metrosu ilə Gayrettepeyə gedib, oradan şəhər metrosuna keçmək mümkündür. Qısası: 📍 Kadıköy / Moda tərəfi → SAW-a baxın 📍 Taksim / Şişli tərəfi → IST-a baxın Bəzən 20–30 ₼ daha ucuz bilet seçib şəhərin o biri başına enmək heç də qənaət olmur. 😭
Aviasales.az - billetes baratos
Evolución de suscriptores
+0.2% últimos 30 días
Actuales
7,029
Hace un mes
7,014
Crecimiento medio
+1 / día
Actualizado
hace 19 horas

Reseñas de canal Aviasales.az - billetes baratos

Inicia sesión para dejar una reseña

Solo los usuarios registrados pueden compartir su opinión.

Aún no hay reseñas

¡Sé el primero en compartir tu experiencia con este recurso!

Recursos similares

Loading
Cambiar a tema claro
Inicio Catálogo Selecciones Blog Entrar