и посмотреть медиа
AzadlıqRadiosu - Свободное радио Азербайджана
и посмотреть медиа
Канал свободного радио Азербайджана с ежедневными новостями, расследованиями без цензуры и объективным анализом событий.
Канал свободного радио Азербайджана с ежедневными новостями, расследованиями без цензуры и объективным анализом событий.
📻 AzadlıqRadiosu — канал свободного радио в Telegram, где публикуются сенсационные новости и глубокие расследования. Ежедневно без цензуры: точные факты, объективный взгляд на события Азербайджана и мира.
🇦🇿 Контент охватывает политику, коррупцию, права человека и социальные темы. Расследования раскрывают скрытые аспекты, помогая понять реальную картину происходящего.
🔍 Полезно для тех, кто ищет независимую информацию. Регулярные обновления с анализом и комментариями обеспечивают полное понимание новостей.
⚡️“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb. İsrailin "Hapoel" komandası ilə qarşılaşan "Sabah" 5-2 (6-4) hesabı ilə qalib gəlib. Bununla da "Sabah" Azərbaycan futbol tarixində Çempionlar Liqasının Liqa Mərhələsinə vəsiqə qazanan ikinci komanda olub. Bundan öncə bu uğuru "Qarabağ" komandası qazanıb. Komanda həmin il 10 xal toplayaraq 36 komanda arasında 22-ci yerə qədər yüksələ bilib.
Открыть канал и посмотреть медиа‼️Milli Onkologiya Mərkəzi “Azəri Med” MMC ilə 50 milyon 320 min manatlıq satınalma müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, şirkət Mərkəzə müayinə aparatları, kondisionerlər, çarpayılar, əməliyyat masaları və s. avadanlıqlar satmalıdır. Bu, Milli Onkologiya Mərkəzi ilə “Azəri Med” arasında təkcə son iki ayda ikinci belə irihəcmli satınalma müqaviləsidir. İyulda tərəflər arasında 34 milyon 961 min manatlıq müqavilə imzalanıb. Bu satınalma müqaviləsinə əsasən, şirkət Mərkəzi həkim xalatından tutmuş, laboratoriya materialları, sarğı ləvazimatları, yod, spirt, dərman preparatlarına qədər müxtəlif məhsul və ləvazimatlarla təmin etməlidir. Azərbaycanda onkologiya sahəsində statistik göstəricilər dəyişir, bu xəstəliyə tutulanlar və ölənlərin sayı ilbəil artır. İllərdir dəyişməyən isə bu Mərkəzin onmilyonlarla dəyərində tenderlərinin qalibinin “Azəri Med” şirkətinin olmasıdır. Son iki ayda Milli Onkologiya Mərkəzi ilə 85 milyon manatlıq iki müqavilə bağlayan şirkət 2025-ci ilin mayında da elə bu qurumun 36 milyon manatlıq tenderini qazanmışdı. Bundan düz bir il öncə - 2024-cü ilin mayında da Milli Onkologiya Mərkəzi 29 milyon 829 min manatlıq tenderi “Azəri Med”ə verib. Daha ətraflı - Ссылка скрыта
Открыть канал и посмотреть медиа‼️Avqustun 25-də Laçın şəhərində Azərbaycan və Ermənistan elektrik enerjisinin idxal-ixracı imkanlarını müzakirə edib. Görüşdə Azərbaycandan Energetika Nazirliyinin, “Azərenerji” ASC-nin, Ermənistandan isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin, habelə “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Nazirlər Kabinetindən bildiriblər ki, onlar elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını gözdən keçiriblər.
Открыть канал и посмотреть медиа‼️Polşa Ukraynanın silah sənayesi rəsmisinə sui-qəsd cəhdində şübhəli bilinən Ukrayna vətəndaşını həbs edib. Onun Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyi bildirilir. Xəbəri Polşa prokurorluğu və Daxili Təhlükəsizlik Agentliyi (ABW) yayıb. Qərb ölkələri və Ukrayna Rusiyanı təxribat və casusluq əməliyyatları üçün müxtəlif şəxsləri, o cümlədən ukraynalıları əməkdaşlığa cəlb etməkdə suçlayır. Rusiya isə bu ittihamları dəfələrlə rədd edib. Serhiy P. kimi təqdim edilən şübhəli Kiyev yaxınlığındakı İrpin şəhərində Ukraynanın silah sənayesi təmsilçisini öldürməyə cəhddə ittiham olunur. Onun həmin şəxsin avtomobilinin altına əldəqayırma partlayıcı qurğu yerləşdirdiyi bildirilir. Qurğu nasazlıq səbəbindən partlamayıb, şübhəli Polşaya qaçıb və Varşavada həbs edilib.
Открыть канал и посмотреть медиа‼️ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını elan edib. Onun sözlərinə görə, tarixdə indiyədək heç bir ölkəyə qarşı bu cür əməliyyat aparılmayıb. “İran İslam Respublikasına razılaşma əldə etmək üçün mənim qədər imkan verən olmayıb. Təəssüf ki, onlar bu imkanlardan istifadə etməyiblər. Buna görə də bu gün indiyədək heç bir ölkəyə qarşı həyata keçirmədiyimiz ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş iqtisadi müharibə və təcrid olacaq”, – Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. Onun dediyinə görə, İrana yardım edəcək istənilən ölkə “nəhəng iqtisadi nəticələrlə” üzləşəcək, amma detalları açıqlamayıb.
Открыть канал и посмотреть медиа‼️İran hakimiyyəti yanvarda İsfahandakı iğtişaşlarla bağlı təqsirləndirilən daha bir nəfəri edam edib. Bununla da bir səs-küylü cinayət işi üzrə edam olunanların sayı beşə çatıb. “Arian” ləqəbi ilə tanınan Qaim Hüseyninin avqustun 20-də səhər tezdən edam edildiyi açıqlanıb. Hakimiyyət Hüseyninin xarici ölkə vətəndaşı olduğunu bildirib. Bundan əvvəl yayılan məlumatlarda onun əmisi oğlu, eyni iş üzrə təqsirləndirilən Gülməhəmməd Məhəmmədinin Əfqanıstan vətəndaşı olduğu qeyd edilib. Hüseyni İranın islam qanunvericiliyində ən ağır cinayətlərdən sayılan “yer üzündə fəsad törətmək”də, Allaha qarşı müharibə aparmaqda, milli təhlükəsizlik əleyhinə fəaliyyətdə və ictimai əmlakı məhv etməkdə təqsirli bilinib.
Открыть канал и посмотреть медиа❗ABŞ prezidenti Donald Tramp avqustun 6-da deyib ki, İranla müharibənin tezliklə başa çatacağına inanır. O, Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqların davam etdiyini də söyləyib. Oval kabinetdə jurnalistlərə danışan Trampa görə, İran münaqişəni daha uzun müddət davam etdirə bilməyəcək. "Məncə, çox tezliklə başa çatacaq. Düşünmürəm ki, onlar bu vəziyyəti daha uzun müddət davam etdirə bilsinlər", – Tramp İranı nəzərdə tutaraq deyib.
Открыть канал и посмотреть медиа🇹🇷🇵🇰🇸🇦Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə paktı sırf müdafiə xarakteri daşıyır və bu sahədə qarşılıqlı dəstəyi nəzərdə tutur. Bunu avqustun 7-də Türkiyə rəsmisi üç regional güc Məkkədə sazişi imzaladıqdan sonra bildirib. Birgə bəyanatda bildirilir ki, saziş istənilən təcavüz aktına qarşı kollektiv çəkindirmə imkanlarını gücləndirmək məqsədi daşıyır. Üç ölkədən hər hansı birinə silahlı hücum onların hamısına hücum sayılacaq.
Открыть канал и посмотреть медиа❗Yəməndə İranın dəstəklədiyi husilərin avqustun 6-da Səudiyyə Ərəbistanının cənubuna hücumu nəticəsində 11 mülki şəxs yaralanıb. Krallıq yaxın vaxtlarda husilərlə İranın İraqda dəstəklədiyi silahlıların koordinasiyalı hücumlar keçirə biləcəyi barədə xəbərdarlıq edib. Nəcran vilayətinə hücum zamanı yeddi Səudiyyə Ərəbistanı, bir Yəmən, iki Misir və bir Pakistan vətəndaşı yaralanıb. Yaralananlar arasında ikinci dərəcəli yanıq xəsarətləri alan dördyaşlı bir uşaq da var.
Открыть канал и посмотреть медиаSolo los usuarios registrados pueden compartir su opinión.
¡Sé el primero en compartir tu experiencia con este recurso!
Un canal con noticias diarias de Brasil. Política, Eventos y Análisis por MarcoAntônio Costa.
Oficial de QNET Líder global en ventas directas, centrándose en el estilo de vida y la salud. Información sobre productos y oportunidades.
Noticias actuales del Sistema de Información del Estado Federal "Zerno".