и посмотреть медиа
Aviasales.az - дешевые билеты
и посмотреть медиа
Канал о билетах, новостях туризма для Азербайджана.
Канал о билетах, новостях туризма для Азербайджана.
Aviasales.az — поиск дешевых билетов, новости туризма и полезная информация на азербайджанском.
1987-ci ildə "American Airlines" “first class” sərnişinlərin salatından sadəcə 1 dənə zeytunu əskiltməklə ildə 40 min dollar qənaət etmişdi. Təsəvvür edirsiniz? "VIP" uçmaq üçün dünya qədər pul tökürsünüz, amma aviaşirkət boşqabınızdakı o zeytunun hesabını aparıb büdcə bağlayır... Əgər milyardlıq şirkətlər bir zeytuna belə qənaət edirsə, siz niyə biletə artıq pul verməlisiniz ki? aviasales.az-dan ən ucuz bileti tapın, cibinizdə qalan pulla da getdiyiniz yerdə özünüzə bütöv bir banka zeytun alarsınız. 🤣
Открыть канал и посмотреть медиаİnternetdə şəkillərinə baxıb aşiq olduğunuz, amma gedib canlı görəndə "bütün səs-küy elə buna görə idi?" dediyiniz o məşhur şəhər hansıdır? Gəlin bir az reallıqlardan danışaq)
Открыть канал и посмотреть медиаTəqvimdəki günləri planlamaq üçün çox düşünməyə və sayt-sayt gəzməyə ehtiyac qoymayan, real vaxta uyğun rəqəmlər: 🇬🇪 14 Avqust | Bakı — Batumi – 281 AZN 👉 Ссылка скрыта 🇩🇪 18 Avqust | Bakı — Frankfurt – 308 AZN 👉 Ссылка скрыта 🇩🇪 19 Avqust | Bakı — Münxen – 332 AZN 👉 Ссылка скрыта 🇪🇬 30 Avqust | Bakı — Qəhirə – 471 AZN 👉 Ссылка скрыта 🇸🇪 31 Avqust | Bakı — Stokholm – 339 AZN 👉 Ссылка скрыта
Открыть канал и посмотреть медиаDünyanın ən qısa rəsmi təyyarə uçuşu cəmi 53 saniyə çəkir. Şotlandiyanın iki adası arasındakı bu reys o qədər qısadır ki, stüardessa “kəmərləri bağlayın” deyib qurtarana qədər artıq eniş edirsən. Nə pəncərədən baxıb dərin xəyallara dalmağa vaxtın çatır, nə də stəkanın dibində verilən o pulsuz alma şirəsini içməyə...
Открыть канал и посмотреть медиаSəyahətdə pulunuza qənaət etmək üçün etdiyiniz ən absurd hərəkət nə olub? (Məsələn, 5 avro taksiyə pul verməmək üçün 1 saat çamadanla yoxuş çıxmaq) 👀
Открыть канал и посмотреть медиаDünyada rəsmi olaraq “Paris sindromu” adlı bir xəstəlik var 🇫🇷 Parisə ilk dəfə gedən bəzi yapon turistlər şəhəri filmlərdəki kimi o qədər təmiz, romantik və qüsursuz təsəvvür edirlər ki, reallıqdakı zibili və səs-küyü görəndə məyusluqdan fiziki şok keçirib xəstəxanaya düşürlər. Bəli, adamlar hərfi mənada şəhəri bəyənmədikləri üçün reanimasiyalıq olurlar 😭 Səyahət bəzən xəyalların qırılmasıdır. Amma bu xəyal qırıqlığına çox pul xərcləməyə ehtiyac yoxdur. Aviasales.az-dan ucuza bilet alın ki, getdiyiniz yer bərbad çıxanda ən azından “heç olmasa biletə az pul vermişəm” deyib özünüzü sakitləşdirə biləsiz...
Открыть канал и посмотреть медиаDünyanın ən gözəl yerinə belə getsəniz, "bununla heç vaxt bir daha yola çıxmaram" dediyiniz adamın o dözülməz xüsusiyyəti nə idi?
Открыть канал и посмотреть медиаBakının istisində əriməyə hazırlaşırıqsa, gəlin bunu heç olmasa fərqli mənzərəsi olan bir yerdə edək. Əziz admininiz havanın dərəcəsi ilə rəqabət apara biləcək qədər qaynar, amma cüzdanınızı incitməyəcək qədər sərfəli Türkiyə biletlərini bir araya yığıb: ✈️ 23 İyun | Bakı — İstanbul – 191 AZN 👉 Ссылка скрыта 🏖 23 İyun | Bakı — Bodrum – 233 AZN 👉 Ссылка скрыта 🌴 24 İyun | Bakı — İzmir – 228 AZN 👉 Ссылка скрыта ☀️ 25 İyun | Bakı — Antalya – 228 AZN 👉 Ссылка скрыта 🌲 29 İyun | Bakı — Trabzon – 182 AZN 👉 Ссылка скрыта 🌊 18 Avqust | Bakı — Mersin – 231 AZN 👉 Ссылка скрыта Çamadanı indidən yığmağa başlaya bilərsiniz, çünki bu qiymətlər çox da gözləməyi sevmir. 😉✈️
Открыть канал и посмотреть медиаTəsəvvür eləyin: Misirdə fironlar dözülməz istidə Giza piramidasını tikdirəndə, dünyanın başqa bir ucunda tüklü mamontlar hələ də buzların içində veyillənirdi 🗿 Bizə elə gəlir ki, mamontlar dinozavrlarla dost olub, piramidalar isə nisbətən yaxın keçmişin işidir. Amma yox, Giza piramidası tam hazır olandan sonra belə, mamontlar hələ düz 1000 il də dünyada sağ qalıblar 🙊 Yəni nəzəri olaraq, bir mamontun Qahirəyə uçub piramidaların açılışına qatılmaq üçün düz min il vaxtı var idi. Amma getmədilər… Çünki o vaxt böyük ehtimalla aviasales.az tətbiqi yox idi və ucuz bilet tapa bilməyib evdə oturmağı seçdilər. Nəticədə nəsilləri kəsildi :) Dünyanın möcüzələrini görmək üçün nəslinizin kəsilməsini gözləməyə ehtiyac yoxdur. Tətbiqə girin, ən uyğun bileti tapın və uçun 👀💙
Открыть канал и посмотреть медиаТолько зарегистрированные пользователи могут делиться своим мнением.
Станьте первым, кто поделится своим впечатлением об этом ресурсе!