Logo
TGCATALOG
Catalog Collections Blog
Aviasales.az - cheap tickets

Aviasales.az - cheap tickets

Channel about tickets, tourism news for Azerbaijan.

No ratings
351
26.10.2026
351
26.10.2026
No ratings
351
26.10.2026
Safe redirect via bot
О канале

Channel about tickets, tourism news for Azerbaijan.

Подписчиков 7,029
Тематика Travel
Язык English
Ссылка t.me/aviasales_az
Description

Aviasales.az - search for cheap tickets, tourism news and useful information in Azerbaijani.

Latest posts

Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
Yaponiyaya getmək istəyənlərin nəzərinə! 👀 Google-da axtarmadan Yaponiya haqqında bilməli olduğunuz 6 şey 🇯🇵 1. Zibil qutusu azdır. Zibilinizi özünüzlə daşımağa hazır olun. 2. Metroda telefonla danışmaq yaxşı qarşılanmır. İctimai nəqliyyatda sakitliyi qorumaq vacibdir, telefonla danışmaq isə xüsusilə narahatlıq yarada bilər. 3. Bu yerlərə ayaqqabısız girilir. Məbədlər, ənənəvi restoranlar və bəzi yaşayış məkanlarında ayaqqabınızı çıxarmalı olacaqsınız. Corabları da unutmayın... 4. Nağd pul götürün. Xüsusilə kiçik şəhərlərdə kart hər yerdə keçməyə bilər. 5. Qatarı 5 dəqiqə belə gözlətməyin. Qatarlar dəqiq cədvəl üzrə işləyir. Geciksəniz, “çatanda minərəm” planı rahatlıqla “növbəti qatara baxarıq”a çevrilə bilər. 6. Yaponiya sadəcə Tokio deyil. Tokiodan əlavə Kyoto və Osakaya da vaxt ayırın. Bir neçə gün əlavə edin və səyahəti bir şəhərlə məhdudlaşdırmayın. ✈️💙 Yaponiyada olanlar səs etsin, sayımızı bilək. 🙂↔️🫶
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
✈️ Səyahət duası Kainat yolunu açıq etsin, biletlər ucuz olsun, təyyarələr gecikməsin 😄 Bu postu 10 nəfərə göndər. Əgər onlar da 10 nəfərə göndərsə, onlar da 10 nəfərə göndərsə... bir azdan hamınızın harasa uçmaq üçün səbəbi olacaq. 😌 Amma bir şərtlə: duanı qəbul edən kainat deyil, Aviasales.az-da ucuz bilet tapmağınızdır. Uçuşunu seç, çantanı hazırla. Qalanını artıq biz həll edərik. ✈️
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
Bəzilərimiz üçün xarici ölkəyə gedəndə sıradan bir marketə girib rəfləri gəzmək muzeyə getməkdən daha maraqlıdır. Sırf qablaşdırması qəribədir deyə marketdən alıb daddığınız və dərhal zibilə atdığınız o şey nə idi? 👀💙
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
Butanın paytaxtı Timbuda (Thimphu) bir dənə də olsun svetofor yoxdur🚦 Bir neçə il əvvəl hökumət küçələrə svetofor quraşdırdı. Amma insanlar etiraz etdilər. Dedilər ki, o qırmızı-yaşıl işıqlar çox soyuq, süni və ruhsuzdur, onlara tabe olmaq istəmirlər. Nəticədə svetoforları ləğv edib, yerinə yenidən canlı polisləri qaytardılar. Bütün dünya hər şeyi avtomatlaşdırmağa, sistemləşdirməyə can atarkən, o adamlar sadəcə kəsişmədə dayanarkən qarşılarında quru bir işıq yox, onlara əli ilə işarə edən, təbəssüm edən canlı bir insan görmək istədilər. Çünki maşınlar ancaq hərəkəti tənzimləyir, amma insan insanı görür 💙
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
Admin yenə yer-yığış edib, sizlər üçün əəən ucuz və ənn qaynar biletlər gətiribb… 👀 birlikdə baxaq 👇🏽 🇬🇪 30 Avqust - Bakı - Tbilisi - 130 azn - Ссылка скрыта 🇹🇷 18 Sentyabr - Bakı -  İstanbul - 206 azn - Ссылка скрыта 🇮🇹 8 Oktyabr - Bakı - Roma - 120 azn - Ссылка скрыта 🇭🇺 8 Oktyabr - Bakı - Budapeşt - 101 azn - Ссылка скрыта 🇮🇹 8 Oktyabr - Bakı - Milan - 167 azn - Ссылка скрыта 🇹🇷 29 Oktyabr - Bakı - Antalya - 196 azn - Ссылка скрыта Qeyd: Qiymətlər dəyişkəndir, odur ki, saytda yenidən yoxlayın 💙
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
🇦🇪 Emirates bron qaydalarını yeniləyib və sərnişinlər üçün yeni xidmətlərini işə salıb. Əsas dəyişikliklərə qısaca göz ataq: 💙 Limitsiz tarix dəyişimi: Ekonom və biznes tariflərinin əksəriyyətində uçuş tarixini istədiyiniz qədər pulsuz dəyişə bilərsiniz (yalnız qiymət fərqi ödənilir). Daha az rüsum: Bilet qaytarmaq üçün komissiya 25-50 dollar arasına endirildi. Bütün reyslərə bonus: 2 aprel 2026-dan sonrakı biletlər üçün bir dəfə pulsuz dəyişiklik etmək və qiyməti 24 saatlıq dondurmaq imkanı var. Fors-major sığortası: 27 ölkə üzrə yeni sığorta hərbi riskləri də əhatə edir (25 000 dollara qədər müalicə, təxliyə və biletin ləğvi). Gecikmələr zamanı dəstək: Reys ləğv edilərsə (hətta hava məkanı bağlı olduğu halda belə), pulsuz otellə təmin olunacaq və ən yaxın uçuşa yerləşdiriləcəksiniz.
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
Çamadanınızda tamamilə qanuni əşyalar olduğunu bilsəniz də, hava limanında yoxlanışdan keçəndə üzünüzdə yaranan o səbəbsiz "günahkar" ifadəsi... İndiyə qədər gömrükdə çamadanınızdan çıxan və sizə ən çox sual verilən qəribə əşya nə olub? 🫪💙
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
Admin sizə çoxlu çoxlu çoxlu çoxlu ölkələr gəzib, maqnit toplayıb , kolleksiya yığmağınızı arzulayır 🌻💙
Aviasales.az - cheap tickets
Aviasales.az - cheap tickets
🔒Открыть пост
и посмотреть медиа
Rusiya ilə ABŞ arasında iki kiçik ada var - Böyük Diomid və Kiçik Diomid adaları 🫨 Aralarındakı məsafə cəmi 4 kilometrdir, yəni birindən baxanda o birini rahatca görürsən. Amma aralarından Beynəlxalq Tarix Dəyişmə xətti keçdiyi üçün saat fərqi düz 21 saatdır. Təsəvvür et: sahildə oturub qarşıdakı adaya baxırsan və hərfi mənada "sabahı" görürsən. Çox yaxındır, gözünün qabağındadır, amma getməyə cəhd etsən, aranızda həm soyuq okean var, həm də zaman...
Aviasales.az - cheap tickets
FAQ

Open Aviasales.az - cheap tickets in Telegram and press the Start button. No separate registration is required.

Yes. The service is designed to be straightforward: open the resource, follow the on-screen instructions and start using it.

No. You can use Aviasales.az - cheap tickets directly in Telegram unless the resource description says otherwise.

Access depends on the resource. Check the current information in Telegram after opening Aviasales.az - cheap tickets.

The exact features depend on the resource. Open Aviasales.az - cheap tickets to see its current functions, content and access conditions.
Subscriber dynamics
+0.2% last 30 days
Current
7,029
Month ago
7,014
Average growth
+1 / day
Updated
1 day ago

Reviews for channel Aviasales.az - cheap tickets

Log in to leave a review

Only registered users can share their opinion.

No reviews yet

Be the first to share your impression of this resource!

Similar resources

Loading
Switch to Light Theme
Home Catalog Collections Blog Login