и посмотреть медиа
Aviasales.az - дешевые билеты
и посмотреть медиа
Канал о билетах, новостях туризма для Азербайджана.
Канал о билетах, новостях туризма для Азербайджана.
Aviasales.az — поиск дешевых билетов, новости туризма и полезная информация на азербайджанском.
Yaponiyaya getmək istəyənlərin nəzərinə! 👀 Google-da axtarmadan Yaponiya haqqında bilməli olduğunuz 6 şey 🇯🇵 1. Zibil qutusu azdır. Zibilinizi özünüzlə daşımağa hazır olun. 2. Metroda telefonla danışmaq yaxşı qarşılanmır. İctimai nəqliyyatda sakitliyi qorumaq vacibdir, telefonla danışmaq isə xüsusilə narahatlıq yarada bilər. 3. Bu yerlərə ayaqqabısız girilir. Məbədlər, ənənəvi restoranlar və bəzi yaşayış məkanlarında ayaqqabınızı çıxarmalı olacaqsınız. Corabları da unutmayın... 4. Nağd pul götürün. Xüsusilə kiçik şəhərlərdə kart hər yerdə keçməyə bilər. 5. Qatarı 5 dəqiqə belə gözlətməyin. Qatarlar dəqiq cədvəl üzrə işləyir. Geciksəniz, “çatanda minərəm” planı rahatlıqla “növbəti qatara baxarıq”a çevrilə bilər. 6. Yaponiya sadəcə Tokio deyil. Tokiodan əlavə Kyoto və Osakaya da vaxt ayırın. Bir neçə gün əlavə edin və səyahəti bir şəhərlə məhdudlaşdırmayın. ✈️💙 Yaponiyada olanlar səs etsin, sayımızı bilək. 🙂↔️🫶
Открыть канал и посмотреть медиа✈️ Səyahət duası Kainat yolunu açıq etsin, biletlər ucuz olsun, təyyarələr gecikməsin 😄 Bu postu 10 nəfərə göndər. Əgər onlar da 10 nəfərə göndərsə, onlar da 10 nəfərə göndərsə... bir azdan hamınızın harasa uçmaq üçün səbəbi olacaq. 😌 Amma bir şərtlə: duanı qəbul edən kainat deyil, Aviasales.az-da ucuz bilet tapmağınızdır. Uçuşunu seç, çantanı hazırla. Qalanını artıq biz həll edərik. ✈️
Открыть канал и посмотреть медиаBəzilərimiz üçün xarici ölkəyə gedəndə sıradan bir marketə girib rəfləri gəzmək muzeyə getməkdən daha maraqlıdır. Sırf qablaşdırması qəribədir deyə marketdən alıb daddığınız və dərhal zibilə atdığınız o şey nə idi? 👀💙
Открыть канал и посмотреть медиаButanın paytaxtı Timbuda (Thimphu) bir dənə də olsun svetofor yoxdur🚦 Bir neçə il əvvəl hökumət küçələrə svetofor quraşdırdı. Amma insanlar etiraz etdilər. Dedilər ki, o qırmızı-yaşıl işıqlar çox soyuq, süni və ruhsuzdur, onlara tabe olmaq istəmirlər. Nəticədə svetoforları ləğv edib, yerinə yenidən canlı polisləri qaytardılar. Bütün dünya hər şeyi avtomatlaşdırmağa, sistemləşdirməyə can atarkən, o adamlar sadəcə kəsişmədə dayanarkən qarşılarında quru bir işıq yox, onlara əli ilə işarə edən, təbəssüm edən canlı bir insan görmək istədilər. Çünki maşınlar ancaq hərəkəti tənzimləyir, amma insan insanı görür 💙
Открыть канал и посмотреть медиаAdmin yenə yer-yığış edib, sizlər üçün əəən ucuz və ənn qaynar biletlər gətiribb… 👀 birlikdə baxaq 👇🏽 🇬🇪 30 Avqust - Bakı - Tbilisi - 130 azn - Ссылка скрыта 🇹🇷 18 Sentyabr - Bakı - İstanbul - 206 azn - Ссылка скрыта 🇮🇹 8 Oktyabr - Bakı - Roma - 120 azn - Ссылка скрыта 🇭🇺 8 Oktyabr - Bakı - Budapeşt - 101 azn - Ссылка скрыта 🇮🇹 8 Oktyabr - Bakı - Milan - 167 azn - Ссылка скрыта 🇹🇷 29 Oktyabr - Bakı - Antalya - 196 azn - Ссылка скрыта Qeyd: Qiymətlər dəyişkəndir, odur ki, saytda yenidən yoxlayın 💙
Открыть канал и посмотреть медиа🇦🇪 Emirates bron qaydalarını yeniləyib və sərnişinlər üçün yeni xidmətlərini işə salıb. Əsas dəyişikliklərə qısaca göz ataq: 💙 Limitsiz tarix dəyişimi: Ekonom və biznes tariflərinin əksəriyyətində uçuş tarixini istədiyiniz qədər pulsuz dəyişə bilərsiniz (yalnız qiymət fərqi ödənilir). Daha az rüsum: Bilet qaytarmaq üçün komissiya 25-50 dollar arasına endirildi. Bütün reyslərə bonus: 2 aprel 2026-dan sonrakı biletlər üçün bir dəfə pulsuz dəyişiklik etmək və qiyməti 24 saatlıq dondurmaq imkanı var. Fors-major sığortası: 27 ölkə üzrə yeni sığorta hərbi riskləri də əhatə edir (25 000 dollara qədər müalicə, təxliyə və biletin ləğvi). Gecikmələr zamanı dəstək: Reys ləğv edilərsə (hətta hava məkanı bağlı olduğu halda belə), pulsuz otellə təmin olunacaq və ən yaxın uçuşa yerləşdiriləcəksiniz.
Открыть канал и посмотреть медиаÇamadanınızda tamamilə qanuni əşyalar olduğunu bilsəniz də, hava limanında yoxlanışdan keçəndə üzünüzdə yaranan o səbəbsiz "günahkar" ifadəsi... İndiyə qədər gömrükdə çamadanınızdan çıxan və sizə ən çox sual verilən qəribə əşya nə olub? 💙
Открыть канал и посмотреть медиаAdmin sizə çoxlu çoxlu çoxlu çoxlu ölkələr gəzib, maqnit toplayıb , kolleksiya yığmağınızı arzulayır 🌻💙
Открыть канал и посмотреть медиаRusiya ilə ABŞ arasında iki kiçik ada var - Böyük Diomid və Kiçik Diomid adaları 🫨 Aralarındakı məsafə cəmi 4 kilometrdir, yəni birindən baxanda o birini rahatca görürsən. Amma aralarından Beynəlxalq Tarix Dəyişmə xətti keçdiyi üçün saat fərqi düz 21 saatdır. Təsəvvür et: sahildə oturub qarşıdakı adaya baxırsan və hərfi mənada "sabahı" görürsən. Çox yaxındır, gözünün qabağındadır, amma getməyə cəhd etsən, aranızda həm soyuq okean var, həm də zaman...
Открыть канал и посмотреть медиаТолько зарегистрированные пользователи могут делиться своим мнением.
Станьте первым, кто поделится своим впечатлением об этом ресурсе!